Mart 16, 2023 19:44 Asia/Baku
  • Bəşər Əsəd Ərdoğanla görüşə şərt qoydu

Suriya prezidenti bildirib ki, Türkiyənin bu ölkədən çıxarılması və terrora dəstəyin dayandırılması onun Türkiyə prezidenti ilə görüşü üçün şərtdir

  SəhərAzəri-nin məlumatına əsasən, Dəməşq, Türkiyə qüvvələrinin Suriyanın şimal bölgələrində olmasını “bu ölkənin bütövlüyü və milli suverenliyinin pozulması və işğalçı” kimi qiymətləndirir və Türkiyə ordusunun bu bölgələrdən dərhal çıxarılmasını tələb edir.

  Dəməşq hökuməti həmçinin bildirir ki, Türkiyə Suriyanın şimalında işğal etdiyi ərazilərdə silahlı və terrorçu qrupları dəstəkləyir.

  Suriya prezidenti Bəşər Əsəd Sputnik xəbər agentliyinə müsahibəsində deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş məsələsi Türkiyənin açıq-aşkar və heç bir qeyri-müəyyənlik olmadan Suriyadan tamamilə çəkilməyə hazır olduğu mərhələyə çatmaqdan asılıdır.

  Bəşər Əsəd vurğulayıb ki, bu şərtlər yerinə yetirilməzsə, belə bir görüşün keçirilməsinin dəyəri nədir və nə üçün edilməlidir?

 

Teqlər