Sionistlərə kiberhücum: Mossad saytı dağıdıldı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i399431-sionistlərə_kiberhücum_mossad_saytı_dağıdıldı
Sionist rejimin mediası bir neçə internet saytına, o cümlədən Kəşfiyyat və Xüsusi Əməliyyatlar Təşkilatının (Mossad) internet saytına kütləvi kiber hücumdan xəbər verib.
(last modified 2024-06-25T08:12:33+00:00 )
Apr 25, 2023 17:16 Asia/Baku
  • Sionistlərə kiberhücum: Mossad saytı dağıdıldı

Sionist rejimin mediası bir neçə internet saytına, o cümlədən Kəşfiyyat və Xüsusi Əməliyyatlar Təşkilatının (Mossad) internet saytına kütləvi kiber hücumdan xəbər verib.

SəhərAzəri-nin məlumatına görə, sionist “Məariv” qəzeti “Anonimos Sudan” adlı haker qrupunun sionist rejimin bir neçə internet saytına o cümlədən Mossad casus agentliyinin internet saytı və sionist sığorta veb-saytına hücumun baş verdiyini bildirib

Anonymous haker qrupu, biri Mossad-a aid, digəri isə hökumət sığortası ilə əlaqəli iki əsas hökumət saytını ləğv etdiyini açıqladı və bu hücumun daha böyük bir hücum üçün hələ başlanğıc olması ilə hədələndi.

Kiberhücumun ölçüləri hələ də açıqlanmasa belə, bu hücum mossadın gizli məlumatlarını ələ keçirilməsi ehtimalını daha da gücləndirir.

Xatırladaq ki, ötən günlərdə işğal olunmuş ərazilərdə bir neçə bank internet saytı, elektrik şirkətləri, sığorta, poçt şöbəsi, səhiyyə, Ben Qurion hava limanı və bir sıra digər mərkəzlərə qarşı kiberhücumlar barədə bir neçə hesabat da dərc edilmişdi.