ABŞ qeyri-qanuni hərəkətlərini davam etdirir
Suriya kürdlərinə modern hərbi texnika verilib
ABŞ Suriyanın Deyr əz-Zor əyalətindəki bazalarına HIMARS reaktiv yaylım atəşi sistemləri yerləşdirib.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə mediası xəbər verir ki, bu uzaq mənzilli reaktiv yaylım atəşi qurğuları Həsəkə əyalətindən Ömər neft yatağı və Koniko qaz yatağı ərazisinə köçürülüb. Fərat çayının şərq sahilində yerləşən bu neft və qaz yataqları Suriya Kürdüstanı kimi tanınan bölgədə ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin nəzarətindədir.
Verilən məlumata görə, neft yataqları ərazisində yerləşən kürd silahlılarının bölmələri bu qurğuları qəbul edib.
Amerika mənbələri bildirirlər ki, bu yolla ABŞ guya İran dəstəkli qüvvələrlə mübarizəni gücləndirir. Ancaq Türkiyə fərqli fikirdədir. Xüsusilə Türkiyənin “Yeni Şafak” qəzeti hesab edir ki, ABŞ Suriyada PKK-ya dəstək verməklə yanaşı, “bir növ hərbi əməliyyat hazırlayır, ola bilsin ki, Türkiyə silahlı qüvvələrinin bölməsinə və əməliyyat bölgəsində mülki şəxslərə qarşı hücumlar təşkil edilsin.