Vəhy diyarına 37 min nəfərdən çox zəvvar daxil olub
Çərşənbə gününün sonunadək müqəddəs Məkkə və Mədinə şəhərlərinə otuz yeddi min nəfərdən çox təməttö həcci zəvvarı daxil olub.
İran karvanlarının mayın iyirmi dördündən başlanan iyirmi bir uçuş məkanından Ərəbistana girişi/ həcc günlərinin yaxınlaşması ilə/ daha sürətli proses alıb.
Məkkə qərargahının bildirdiyinə görə, bu il təməttö həccinə yola düşəcək beş yüz əlli yeddi karvandan hazırda altmış səkkiz karvan/ nurlu Mədinə şəhərindədir. İki yüz iyirmi altı karvan da müqəddəs Məkkə şəhərindəki otellərdədir. Bu karvanlar formasında/ çərşənbə gününün sonunadək Ərəbistana daxil olan zəvvarların sayı, otuz yeddi min dörd yüz yetmiş doqquz nəfər olubdur.
Bu məlumatda deyilir: İndiyədək iki yüz on altı karvan Mədinəyə daxil olubdur ki, onlardan yüz qırx səkkiz karvan Nəbəvi hərəmi və Cənnət-ül-Bəqini ziyarət etdikdən, həmçinin Miqati-Şəcərədə ehram bağladıqdan sonra Məkkəyə yola düşübdür.
Səkkiz min altı yüz altmış beş nəfər də Ciddə hava limanı vasitəsilə Ərəbistana daxil olub və Miqati-Cəhfədə ehram bağladıqdan sonra təməttö həccinin əməllərini yerinə yetirmək üçün Məkkəyə yola düşüb.