Okt 18, 2023 13:08 Asia/Baku
  • HƏMAS lideri çağırış etdi

İsmayıl Həniyə: Bütün xalqlarını bu qətliamı, qəddarlığı, cinayətləri pisləməyə çağırıram

HƏMAS – İslami Müqavimət Hərəkatının lideri İsmayıl Həniyə Qəzzə xəstəxanasına qarşı vəhşicəsinə hücumun ardınca dünya ictimaiyyətinə müraciət edib, hər kəsi paytaxtlara, şəhərlərə toplaşaraq sionist rejimin hücumuna etiraz etməyə səsləyib.

İ.Həniyə bildirib: “Mən Fələstin xalqını bütün şəhərlərdə küçələrə çıxmağa çağırıram. Mən ərəb və İslam ölkələrinin bütün xalqlarını indi çıxıb bu qətliamı, qəddarlığı, cinayətləri pisləməyə çağırıram.

Həniyə həmçinin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası, Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı, eləcə də digər hüquqi qurumları xəstəxanaya hücumu və dinc əhaliyə qarşı törədilən digər cinayətləri açıq şəkildə pisləməyə çağırıb.

 

 

Teqlər