Okt 20, 2023 13:57 Asia/Baku
  • Qəzzə hadisələri regional toqquşmaya çevrilə bilər

Həmas hərəkatının siyasi bürosunun sədri vurğulayıb ki, Qəzzə əhalisinin qanının axıdılması və təcavüzlərin davam etməsi Fələstin və region səviyyəsindəki bütün tənlikləri poza bilər.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejimin məqsədi, Qəzzə sakinlərini Misirə, qərb sakinlərini isə İordaniyaya köçürməkdir- deyə, Həmas hərəkatının siyasi bürosunun sədri İsmayıl Həniyyə vurğulayıb.

Həniyyə qeyd edib ki, sionist rejimin vəhşilikləri və cinayətlərinə rəğmən, müqavimət döyüşə nəzarəti əlində saxlayır.

Biz/ məqsədləri, İsrailə dəstək olan amerikalı və avropalı rəsmilərin hərəkətlərinə nəzarət edirik. Amerika Qəzzə sakinlərini köçürməyi qəbul etdirmək üzrə ərəbi-islami mövqeləri öz hökmranlığı altına gətirə bilmədi- deyə, Həniyyə vurğulayıb.

Həmas hərəkatının siyasi bürosunun sədri qeyd edibdir ki: Fələstin xalqı öz ərazilərinə sadiqdir. Bu xalq icbari köç və alternativ vətənə qarşıdır.

İşğalçı rejim başçılarının beynəlxalq məhkəmələrə təhvil verilmələri və cinayətlər törətdiklərinə görə, onların cəzalandırılmaları vacibliyinə təkid edən Həniyyə söyləyib: Həmas və müqavimət/ qəsdən qırğın törədən işğalçı rejimdən daha çox insanlığa və əxlaqa malikdirlər.

Həmas hərəkatının siyasi bürosunun sədri Fələstin xalqını və İslam ümmətini cinayətin dayandırılması şüarı ilə icbari köç və alternativ vətənə qarşı çıxmaq üçün bu gün ümumi səfərbərliyə çağırıb.

 

Teqlər