İsrail rejimi Fələstində qədim "San Parfirios kilsəsini bombalayaraq dağıdıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i404673-İsrail_rejimi_fələstində_qədim_san_parfirios_kilsəsini_bombalayaraq_dağıdıb
İsrail rejimi oktyabırın 19-u gecə saatlarında "San Porfirios" kilsəsini bombalayaraq dağıdıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 20, 2023 15:45 Asia/Baku
  • İsrail rejimi Fələstində qədim

İsrail rejimi oktyabırın 19-u gecə saatlarında "San Porfirios" kilsəsini bombalayaraq dağıdıb.

İsrail rejiminin dünyanın ən qədim kilsələrindən sayılan "San Parfirios"u bombalayaraq dağıtması dünyaya bəyan etdi ki, nəyinki müsəlmanlar xristianlarda sionistlərin qəzəbindən amanda deyillər.Əksəriyyəti qadın və uşaq olan yüzlərlə sivil insan pravoslav kilsəsinə amanda qalmaq üçün sığınsada lakin ölümün pəncəsindən yaxa qurtara bilmədilər.

Xilasetmə qüvvələri bu hücumda onlarla insan həyatını itirdiyini,xeyli insanın isə dağıntılar altında qaldığını bildirir.

Xatırladaq ki, 2014-cü ildə 70-dən çox fələstinlinin ölümünə səbəb olan İsrail bombardmanlarından qaçan 2000-ə yaxın fələstinli Qədim Müqəddəs Porfirius kilsəsinə sığınmışdı.  Bombalamalar zamanı ailələr kilsənin və ona bitişik binaların dəhlizlərində və otaqlarında yatırdılar, burada da onlara yemək və tibbi xidmət göstərilirdi. Kilsə 2023-cü ildə İsrail-HƏMAS müharibəsi zamanı yenidən İsrail bombardmanlarından sığınacaq kimi istifadə edilsə də bu dəfə İsrail rejiminin bombalaması nəticəsində dağılaraq tarixə qovuşub.