Müqavimət sionistlərin Ceninə hücumuna silahla qarşılıq verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i405284-müqavimət_sionistlərin_ceninə_hücumuna_silahla_qarşılıq_verib
Fələstin qüvvələri cümə axşamı yeni taktikalardan istifadə edərək, sionist qüvvələrin Cenin şəhəri və düşərgəsinə sızmasının qarşısını almaq üçün silahlı qarşıdurmaya başlayıblar.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Noy 09, 2023 12:56 Asia/Baku
  • Müqavimət sionistlərin Ceninə hücumuna silahla qarşılıq verib

Fələstin qüvvələri cümə axşamı yeni taktikalardan istifadə edərək, sionist qüvvələrin Cenin şəhəri və düşərgəsinə sızmasının qarşısını almaq üçün silahlı qarşıdurmaya başlayıblar.

Fələstin mediası müvəqqəti sionist rejiminin çoxlu sayda hərbçisinin  zirehli texnika və pilotsuz təyyarələrlə İordan çayının qərb sahilinin Cenin şəhərinə hücumundan xəbər verib.

Məlumata əsasən, müqavimət döyüşçüləri yeni taktikalardan istifadə edərək sionist qüvvələrin Cenin şəhəri və düşərgəsinə daxil olmasının qarşısını almaq üçün silahlı qarşıdurmaya başlayıblar.  

"Əl-Əqsa Şəhidləri" batalyonlarının çevik reaksiya qüvvələri də "Netsaniouz" qapısında yerləşən işğalçıları şiddətli güllə atəşinə tutublar. 

Digər tərəfdən, Fələstin görüntülər yayaraq, bildiriblər ki, sionistlər İordan çayının qərb sahilindəki Beyt-Ləhm şəhərinə kütləvi hücuma keçiblər.

"Şahab" xəbər agentliyi bildirib ki, Fələstin qüvvələri güclü bombalardan istifadə edərək, Ceninə hücum edən sionist əsgərləri hədəfə alıblar.

Həmçinin bildirilir ki, terrorçu sionistlər Cenin şəhərinə hücum zamanı bəzi binaların damlarına öz snayperlərini yerləşdiriblər.

Bundan əvvəl "Ərin Əl-Osud" müqavimət qrupu cümə axşamı səhər Qəzzə zolağındakı müqavimət komandirlərinə xitabən deyib: "İordan çayının qərb sahili Qəzzə zolağında müqavimətin qılıncı və qalxanı olacaq".