ÜST baş direktoru: "Qəzzədə 8 min uşaq aclıqdan ölməkdədir"
Qəzza zolağında beş yaşa qədər azı 8 min uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
SəhərAzəri-nin məlumatına əsasən, ÜST-ün baş direktoru Qəzzədə 8 aydan çoxdur davam edən müharibənin törətdiyi acınacaqlı durum barədə məlumat verərək bildirib ki, Qəzzə də əhalinin böyük bir hissəsi faciləli şəkildə aclıq və qıtlıqla üz-üzədir:
“Bu günədək kəskin qida çatışmazlığından əziyyət çəkəni 8 mindən çox uşaq müəyyənləşdirilib. 1600 üşaq bu xəstəliyin ən təhlükəli fazasına keçib”,- Adhanom deyib.
UNİCEF isə bildirib ki, dağıdılmış Qəzzədə kəskin qida çatışmazlığına düçar olan uşaqların effektiv müalicəsinə olan ümidlər azalmaqdadır.
Bu beynəlxalq qurum qeyd edib ki, Qəzzədə kəskin qida çatışmazlığından əziyyət çəkən uşaqlardan 3 min nəfəri ailələrinin gözü önündə ölüm təhlükəsi ilə üz-üzədir.