HƏMAS kəşfiyyatının Təl-Əvivə ölümcül zərbəsi:
Sionist əsgər və zabitlər şoka düşüb
Sionist qəzet Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Təl-Əvivə informasiya hücumunu ölümcül və təhlükəli məsələ adlandırıb.
Haaretz qəzeti yazıb ki, iki mindən çox əsgər və zabit haqqında məlumatın sızdırılması onları şoka salıb.
Digər tərəfdən, sionist rejimin təhlükəsizlik mənbələri etiraf ediblər ki, HƏMAS bu rejimin hərbi hava qüvvələrinin mövqeləri və rütbələri ilə bağlı həssas və məxfi məlumatlar toplayıb.
Haaretz qeyd edib ki, HƏMAS-ın topladığı minlərlə xəbərin mənbəyi bilinməsə də, bu, HƏMAS-ın bu sahədəki bacarığını sübut edir və İsrail hərbçiləri üçün təhlükədir.
Bu sionist media daha sonra İsrailin hərbi kəşfiyyat idarəsinin keçmiş rəhbəri general Qabi Sibonidən sitat gətirərək yazır: “İsraillilər faktiki olaraq düşmənlərin ixtiyarındadırlar və Həmas İsrailin 7 oktyabr 2023-cü ildə baş vermiş strateji məğlubiyyətindən sonra məlumat bazası hazırlayıb”.
Eekspertlər hesab edirlər ki, HƏMAS İsrailin təhsil şəbəkələrinə sızıb. Əsgər və zabitlərin əksəriyyəti İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmisindən xəbərdarlıq aldıqlarını bildiriblər.