Avq 29, 2024 13:58 Asia/Baku
  • İraq müqaviməti İsrail rejiminə qarşı yeni əməliyyat aparıb

Hayfa elektrik stansiyası hədəf alındı

İraq İslami Müqavimət Qüvvələri bu gün səhər saatlarında sionist rejimin işğal olunmuş Hayfada elektrik stansiyasına pilotsuz təyyarə ilə hücumu barədə məlumat yayıb.

Bu məlumata görə, İraq İslami Müqaviməti Qəzzəyə və onun müqavimətinə dəstək məqsədilə sionist düşmənə qarşı əməliyyatlarını davam etdirərək, işğalçı rejimin mühüm mövqeyini hədəf aldığını elan edib.

İraq müqaviməti bildirir: Bu əməliyyat Qəzzəyə dəstək və qəsbkar sionist rejimin uşaqlar, qadınlar və qocalar da daxil olmaqla Fələstin dinc sakinlərinə qarşı törətdiyi təcavüzə cavab olaraq həyata keçirilib.

İraqın İslami müqaviməti öz əməliyyatlarını sionist düşmənin mövqelərinin dərinliklərində davam etdirəcəyini vurğulayıb.

2 gün əvvəl İraq İslami Müqaviməti işğal altındakı Hayfada daha bir həyati hədəfə qarşı pilotsuz uçuş aparatı ilə əməliyyat apardığını elan etmişdi.

 

 

Teqlər