Sen 28, 2024 17:55 Asia/Baku
  • Müqavimət Seyidinin mübarizə yolu

Ərəb dünyasının lideri kimi tanınan Seyid Həsən Nəsrullah məzlumların müdafiəsində göstərdiyi prinsipial mövqe və İslami dəyərlərin qorunmasında israrla apardığı mübarizə eləcə də hegemon qüvvələrə qarşı qətiyyətli dirənişinə görə “Müqavimət və Azadlıq Seyyidi” kimi şərəfli ada layiq görülmüşdü.

Seyid Həsən Nəsrullah, 31 avqust 1960-cı ildə anadan olub. Bu Livanlı şiə din xadimi və siyasətçisi 1992-ci ildən şəhid olanadək Livanın siyasi partiyası və Hizbullah hərəkatının sayca üçüncü baş katibi vəzifəsində çalışıb.

Nəsrullah Livanlı şiə ailəsində anadan olub və təhsilini Surda başa vurub. O, bir müddət “Əməl” hərəkatına qoşulmuş və daha sonra Bələbək elmi hövzəsinə qəbul olub.

Müqavimət Seyidi gənc yaşlarında “Əməl” məktəbində təhsillə məşğul olmuş və bu məktəbdə dərs də demişdir. Nəsrullah 1982-ci ildə İsrail Livanı işğal etdikdən sonra Hizbullaha qoşulub.

İranda qısa müddət ərzində dini təhsil alan Nəsrullah 1992-ci ildə Seyid Abbas Musəvinin terrorundan sonra Livana qayıdır və Hizbullah hərakatına liderlik edir.

Onun rəhbərliyi zamanı Hizbullah İsrail rejiminin şimal ərazilərdəki mövqelərini hədəfə alacaq daha uzun mənzilli raketlər əldə etdi.

Sionist rejimi Livanın cənubunu 18 illik işğalı zamanı ağır itkilərə qatlanaraq 2000-ci ildə bu ərazilərdən qüvvələrini geri çəkməyə məcbur olub.

Hizbullahın İsraili Livanın cənub bölgələrindən çıxarmaqda əldə etdiyi qələbə və 1997-ci ildə Nəsrullahın oğlunun müharibədə şəhid edilməsi Seyid Həsən Nəsrullahı Livanda daha çox sevilməsinə səbəb oldu.

Seyid Həsən Nəsrullahın həyatında onun ən mühüm xüsusiyyətlərindən biri silahdaşları ilə səmimi və möhkəm yoldaşlığı idi.

 O, cəbhədə döyüşən mücahidlərlə yan-yana durmağı çox sevirdi, buna görə də 1985-ci və 1986-cı illərdə bir neçə dəfə Hizbullahın səhra komandirlərinin xəbəri olmadan gizli şəkildə cəbhə xəttinə getmiş və əməliyyatlarda bir başa özü iştirak etmişdir.

İslam dünyasının xüsusilə Şiə aləminin liderlərindən sayılan Seyid Həsən Nəsrullah mübarizə dolu həyatında Qüdsün şərəfli azadlığı uğrunda hər şeyindən keçmiş və İslam üçün özünü fəda etmişdir.

Müqavimət Seyidi 27 sentyabr 2024-cü ildə bəşəriyyətin ən qəddar və qaniçən rejimi İsrailin Beyrutun ətraf məntəqlərindən sayılan Dahiyəyə etdiyi terror hücumunda şəhadətə çatıb.

 

Teqlər