HƏMAS bəyanat yaydı:
7 oktyabr işğala qarşı mübarizədə dönüş nöqtəsidir
Fələstin İslami Müqavimət Hərəkatı - HƏMAS vurğulayıb ki, oktyabrın 7-si Fələstin xalqının sionist işğalına qarşı mübarizəsində tarixi dönüş nöqtəsidir.
Bu məlumata əsasən, HƏMAS Hərəkatı Əl-Əqsa Tufanı əməliyyatının birinci ildönümü münasibəti ilə yaydığı bəyanatında əlavə edib: “Əl-Əqsa Tufanı əməliyyatı sionistlərin Fələstin məsələsini məhv etmək məqsədi ilə planlaşdırılan tədbirlərinə təbii cavab idi.
Bu hərəkat sionist düşmənin oktyabrın 7-dən bu yana və ötən bir il ərzində Qəzzə xalqına qarşı ən dəhşətli qırğınlar törətdiyinə və ən dəhşətli soyqırım müharibəsinə başladığına işarə edərək qeyd edib: “İşğalçı İsrail rejiminin müqavimətə qarşı törətdiyi qorxaq terror cinayətləri yalnız gücümüzü, dözümümüzü və işğalçı rejimlə mübarizə əzmimizi artırır”.
Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Nəxalə də qatil İsrail ordusunun Qəzzə zolağına hücumlara başlamasının 1-ci ildönümü ilə bağlı açıqlama verib.
“İslami Cihad, HƏMAS və digər qrupların əlində İsrail həbsxanalarında saxlanılan fələstinlilərin azad edilməsini təmin etmək üçün kifayət qədər israilli əsirləri var. İsrail rejimi əsir mübadiləsi və atəşkəs razılaşması ilə bağlı öhdəliklərindən yayınır”, - deyə o bildirib.
Nəxalə sonda Fələstin müqavimət qüvvələrinin birliyinin qələbə üçün əvəzsiz olduğuna diqqət çəkərək, Fələstin xalqının birliyinin İsraillə mübarizə üçün ən mühüm vəzifələrdən biri olduğunu bəyan edib.