Okt 07, 2024 15:30 Asia/Baku
  • HƏMAS Təl-Əvivə raket zərbələri endirdi

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadası İsrail ərazisinə hücumun ildönümündə Təl-Əvivə raket zərbəsi endirdiyini açıqlayıb.

Hərəkatın rəsmi Teleqram kanalında bildirilir: “Düşmənin mülki əhaliyə qarşı cinayətlərinə cavab olaraq, İzzəddin əl-Qəssam döyüşçüləri Təl-Əvivə doğru raketlər atıblar”.

Şəhid Əzəddin əl-Qəssam Briqadalarının M90 raketləri ilə Təl-Əviv şəhərini hədəfə aldıqları açıqlanır.

Xəbər mənbələri Təl-Əvivə 5 raketin atıldığını təsdiqləyiblər.

Əl-Qəssam batalyonları briqadaları həmçinin bu gün səhər saatlarında Sufa hərbi bazasını, işğalçı qüvvələrin Rəfəh quru keçidində və Kərəm Əbu Səlim hərbi bazasında düşmənin əməliyyat mərkəzini 114 mm-lik qısa mənzilli raketlərlə vurublar.

 

Teqlər