Livan İslami Müqaviməti özünə yeni lider seçib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i415654-livan_İslami_müqaviməti_özünə_yeni_lider_seçib
Şeyx Nəim Qasim Hizbullahın yeni baş katibi oldu
(last modified 2026-02-16T11:18:11+00:00 )
Okt 29, 2024 11:47 Asia/Baku
  • Livan İslami Müqaviməti özünə yeni lider seçib

Şeyx Nəim Qasim Hizbullahın yeni baş katibi oldu

 SəhərAzəri-nin məlumatına əsasən, Livanın Hizbullah Şurası "Şeyx Nəim Qasimin" Hizbullahın yeni baş katibi seçilməsinə razılıq verib.

 İRNA-nın Əl-Məyadin şəbəkəsinə istinadla verdiyi xəbərə görə, Hizbullah Hərəkatı Şeyx Nəim Qasimin baş katibi seçildiyini elan edib.

  Hizbullah rəhbərliyinin bəyanatında deyilir: “Hizbullahın ideallarını yerinə yetirmək, məqsədlərinə çatmaq üçün Uca Allah, Şəhid Seyid Həsən Nəsrullah və digər şəhidlər, İslami Müqavimətin mücahidləri, Livanın səbirli və vəfalı xalqı ilə əhd bağlayırıq ki, Hizbullah bayrağını yüksəklərdə dalğalandırmağa çalışaq”.

  Hizbullah bəyanatının davamında düşmənə qarşı cihadını davam etdirəcəyinə, Qəzzə və Fələstini dəstəkləyəcəyinə və nəcib Livan xalqını müdafiə edəcəyinə söz verib. Şeyx Naim Qasim bundan əvvəl Hizbullah baş katibinin birinci müavini vəzifəsində çalışıb.