Okt 31, 2024 11:34 Asia/Baku
  • İsrail rejimi yüzlərlə hərbçisini itirdiyini etiraf edir

700-dən çox sionist əsgər məhv olub

 SəhərAzəri-nin məlumatına əsasən, Qəzzə və Livan müharibələri 700-dən çox sionist əsgərin məhv olması ilə nəticələnib.

  Bu məlumata əsasən, xunta İsrail ordusu Fələstin və Livan müqaviməti ilə toqquşmalarda 777 əsgərinin öldüyünü etiraf edib. Sionist rejim ordusu bu haqda bir bəyanat yayaraq, ölənlərin əksəriyyətinin Qəzzə zolağındakı münaqişələrlə bağlı olduğunu bildirib.

  Bu açıqlamaya görə, toqquşmalarda 5206 əsgər yaralanıb, onlardan 767-nin ağır yaralandığı qüyd olunur. Bu bəyanatda əlavə edilir: “Son 24 saat ərzində Livanın cənubunda baş verən qarşıdurmalarda 22 əsgər yaralanıb”.

  Xatırladaq ki, Livan Hizbullahı bu ölkədə dinc əhalinin hədəf alınmasına cavab olaraq işğal altındakı Fələstinin şimalında sionistlərin mövqelərinə qarşı çoxsaylı əməliyyatlar aparır və quru döyüşlərində işğalçıların əsgər və zirehli texnikasını ovlamaqda davam edir.

 Bu arada Hizbullah bir bəyanatda İslami Müqavimət döyüşçülərinin Qəzzə zolağında müqavimət göstərən Fələstin xalqının müqaviməti və Livan xalqının müdafiəsi istiqamətində Ləbbeyk ya Nəsrullah kodu ilə bu gecə nadir raketlər və çoxlu pilotsuz təyyarələrlə sionist rejimə qarşı genişmiqyaslı hücum həyata keçirdiyini elan edib.

 

Teqlər