Netanyahu Livana qarşı müharibəni uduzur
Ordunun tələfatı və qaçqınların sayı artır - TƏHLİL
SəhərAzəri-nin məlumatına əsasən, sionist qəsəbə sakinlərini evlərinə qaytarmaq məqsədi ilə Livanla müharibəyə başlayan sionist rejim hazırda köçkünlərin sayının artması ilə yanaşı ağır itkilərlə də üzləşib.
Livan Hizbullahının işğal altındakı Fələstinin 25 şimal yaşayış məntəqəsinin boşaldılması barədə əmr verməsindən sonra bu bölgədə sionistlərin yeni köç dalğası başlayıb. Hizbullah bir sıra bəyanatlar verərək sionistlərə xəbərdarlıq edib ki, onların yaşayış məntəqələri Livana hücum edən düşmən əsgərlərinin məskəninə çevrilib və bu səbəbdən sionist qəsəbələr Livan İslami Müqavimətinin hava və raket bölmələri üçün qanuni hərbi hədəfə çevrilir. Bu o deməkdir ki, Netanyahu Livana qarşı başlatdığı müharibə, xüsusən də işğal olunmuş Fələstinin şimal yaşayış məntəqələrinin köçkünlərinin geri qaytarılması və Hizbullahın tərksilah edilməsi kimi məqsədlərinə çatmayıb və qalan sionistlər də hazırda qaçıb gedirlər.
Digər tərəfdən, sionist ordusu praktiki olaraq Livanın cənub cəbhəsində ilişib qalıb və elə bir gün yoxdur ki, itkisi olmasın. Belə ki, işğalçı qüvvələr müdafiə fəaliyyətlərini öyrənmiş Hizbullah əsgərlərinin əhatəsindədir. Sionist rejim müxalifətinin başçısı Yair Lapid deyib ki, Qəzzə və Livana qarşı müharibənin başlanmasından indiyədək 11 min əsgər yaralanıb və 890 əsgər ölüb.
Sionist ordu isə Qəzzə zolağına təcavüzün başlanmasından bu yana 5150 əsgərinin xəsarət aldığını etiraf edib və onlardan 764 nəfərin xəsarətinin ağır olduğunu açıqlayıb. Beləliklə də sionist rejimin iki müharibədən uduşla çıxacağı mümkün deyil, xüsusilə də Livanın cənubunda bu rejim ordusu əməlli-başı tələyə düşüb və tələfatın artması ucubatından çıxış yolunu atəşkəsdə görür, bunun üçün isə ABŞ-ı vasitəçi salıb.