Hizbullah-dan Təl-Əvivə raket cavabı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i415739-hizbullah_dan_təl_Əvivə_raket_cavabı
Sionist rejimin Qəzzə, Livan və İrandakı cinayətlərinə cavab olaraq, Livan Hizbullahı Təl-Əvivi raket atəşinə tutub.
(last modified 2024-11-02T09:00:21+00:00 )
Noy 02, 2024 12:55 Asia/Baku
  • Hizbullah-dan Təl-Əvivə raket cavabı

Sionist rejimin Qəzzə, Livan və İrandakı cinayətlərinə cavab olaraq, Livan Hizbullahı Təl-Əvivi raket atəşinə tutub.

  SəhərAzəri-nin məlumatına əsasən, yerli mənbələrin məlumatlarına görə, Livandan keçirilən raket hücumundan sonra Təl-Əvivin şimalında yerləşən Herzliya və Hod-Haşaron bölgələrində həyəcan siqnalı səsləndirilib. İndiyədək işğal olunmuş Əttirə qəsəbəsində on doqquz nəfər yaralanıb.

  Sionist rejim mediaları bu rejim ordusuna istinadla Livanın cənubundan Təl-Əvivə və onun ətrafındakı bölgələrə tərəf həyata keçirilən raket hücumundan və bu hücumla mübarizə aparmaq üçün sionist rejim ordusunun hava hücumundan müdafiə sistemlərinin, o sıradan «Davud sapandı» adlı hava hücumundan müdafiə sisteminin hərəkətə keçmələrindən xəbər veriblər.