Sionist rejim qırıcıları Livanın müxtəlif ərazilərini bombalayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i415778-sionist_rejim_qırıcıları_livanın_müxtəlif_ərazilərini_bombalayıb
Livan mediası bildiriblər ki, sionist rejim qırıcıları yenidən Livanın müxtəlif bölgələrini bombalamağa başlayıblar.
(last modified 2024-11-03T07:41:18+00:00 )
Noy 03, 2024 11:39 Asia/Baku
  • Sionist rejim qırıcıları Livanın müxtəlif ərazilərini bombalayıb

Livan mediası bildiriblər ki, sionist rejim qırıcıları yenidən Livanın müxtəlif bölgələrini bombalamağa başlayıblar.

  SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim qırıcıları bir neçə saat əvvəl Cebel Əkrəm dağlıq bölgəsində bir körpünü hədəfə alıblar.

  Bu körpü Suriya-Livan sərhədindəki Əkkar və Hermel bölgələrini birləşdirirdi. Digər tərəfdən, 2 dəfə "Humin Əl-Təhta", "Əl-Mərc" ərazisi və "Kəfərfila" qəsəbəsindəki başqa bir ərazi İsrail qırıcıları tərəfindən hədəfə alınıb.

Həmçinin Livanın cənubundakı “Coya” və “Ədlon” qəsəbələri də İsrail qırıcıları tərəfindən bombalanıb.