Xunta rejiminin baş naziri şimal cəbhəsində sürprizlə üzləşib
Hizbullahın PUA-ları Netanyahunun səfərini yarımçıq qoydu
SəhərAzəri-nin məlumatına əsasən, Hizbullahın pilotsuz uçuş aparatlarının işğal altındakı Fələstinin şimalına hücumu sionist rejimin baş nazirinin səfərini yarımçıq qoyub.
Yediot Aharnot qəzeti yazıb: Benyamin Netanyahunun əl-Mutlaya səfərindən 20 dəqiqə əvvəl Livan Müqaviməti bu sionist qəsəbəyə PUA hücumu təşkil edib, bu səbəbdən qəsəbəyə səfər etməyi planlaşdıran Netanyahu planını ləğv edib.
İRNA-nın məlumatına görə, işğalçı rejimin baş naziri Müqavimət mehvərinin, xüsusilə Hizbullahın raket və dron hücumlarına məruz qalan işğal olunmuş Fələstinin şimal bölgələrindəki vəziyyətlə tanış olmaq üçün bazar günü bu bölgələrə səfər edib.
İsrail mənbələri Netanyahunun bölgəyə tamamilə gizli səfər etdiyini və bu səfər zamanı şimal cəbhəsində yerləşən bir sıra ordu komandirləri və hərbi zabitlərlə görüşdüyünü bildirib. Sionist rejimin baş naziri bu görüşdə iddia edib ki, Hizbullah Litani sərhədindən çıxarıldıqdan sonra onu yenidən silahlandırmaq cəhdinə son qoyulmalıdır.
Netanyahunun bu səfəri elə bir şəraitdə baş verir ki, sionistlər Hizbullahın artan əməliyyatları və İsrailin bunu dayandıra bilməməsi ucubatından işğal olunmuş Fələstinin şimalındakı xaotik vəziyyətdən şiddətlə şikayətlənirlər.