Hizbullah qaniçən rejimdən qisas almaqda davam edir
Livan Hizbullahı işğal altındakı Fələstinin şimalında sionist rejimin strateji dəniz bazasını hədəfə aldığını açıqlayıb.
Livan Hizbullahı yaydığı bəyanatda bildirib ki, Müqavimət döyüşçüləri Qəzzə zolağında mətanətli Fələstin xalqına, onun cəsarətli və şərəfli müqavimətinə dəstək, Livan və onun xalqının müdafiəsi istiqamətində, “Xeybər” əməliyyatı çərçivəsində və “Ləbbeyk ya Nəsrullah” nidası ilə ötən axşam Hayfanın şimal-qərbindəki "Stila Maris" dəniz bazasını hədəfə alıb.
Hizbullah bildirib ki, Stila Maris bazası işğal olunmuş Fələstinin şimal sahillərində strateji dəniz monitorinq və nəzarət bazasıdır.
Bu arada Hizbullahın işğal altındakı Fələstinin şimalında və mərkəzində sionistlərə qarşı həyata keçirdiyi dağıdıcı raket hücumları rejim mediasını şokda saxlayır və onlar etiraf edirlər ki, İsrail ordusunun Livana qarşı genişmiqyaslı hücumları Hizbullahın raket gücünə təsir etməyib.