Noy 10, 2024 11:52 Asia/Baku

Netanyahu rejiminin devrilməsi üçün son bir həftədə başladılan etirazlar davam edir

Qəzzədə saxlanılan sionist əsirlərin ailələri aksiya keçirərək, sionist rejimin baş naziri Benyamin Netanyahunu onların 400 gündür əsirlikdə olan övladlarını azad edə bilməməkdə günahlandırıblar.

Minlərlə sionist mühacir və sionist əsirlərin ailələri  Təl-Əviv, işğal olunmuş Fələstinin Netaniya və Əl-Xüzeyrə şəhərlərində aksiya keçirərək, Qəzzədə müharibənin dərhal dayandırılması və HƏMAS ilə əsir mübadiləsinə dair sazişin imzalanmasını tələb ediblər.  

Sionist məhbusların ailələri iddia ediblər ki, Qəzzədə sionist hərbçilərinin görəcəyi heç bir iş qalmayıb.

Qəzzə zolağındakı Fələstin müqaviməti 2023-cü il oktyabrın 7-də qəfil əməliyyatla Qəzzəyə bitişik sionist yaşayış məntəqələrinə daxil oldu və təxminən 250 sionisti əsir götürdü.

Bu əsirlərin bir qismi humanitar bir hərəkətdə, bir qismi isə sionist rejim ilə HƏMAS hərəkatı arasında əsir mübadiləsi əməliyyatı zamanı azad edilib. Lakin onların bir neçəsi işğalçı rejimin ekstremist kabinetinin laqeydliyi və Qəzzə zolağına qarşı davam edən amansız hücumlar nəticəsində sionistlərin öz atəşi ilə öldürülüb. 

Teqlər