Noy 11, 2024 15:20 Asia/Baku
  • Hizbullah işğalçıları sıxışdırır

Livan Hizbullahının İsrail ordusunun hərbi mərkəzləri və bazaları da daxil olmaqla sionist rejimin mövqelərinə hücumları davam edir.

Bu məlumata əsasən, Hizbullah qüvvələri ilk dəfə olaraq işğal altındakı Colandakı "Avital" texniki və elektron bazasına hücum edib.

İran-Press Xəbər Agentliyinin məlumatına görə, Hizbullah hərəkatı elan edib ki, ilk dəfə olaraq işğal altındakı Colan bölgəsində sionist rejimin "Avital" bazasına zərbə endirib.

Hizbullah həmçinin Marun Əl-Rəs şəhərinin şərq hissəsindəki "Xəyl" yüksəkliyində sionist əsgərlərin toplaşdığı yerin raket hücumlarına məruz qaldığını açıqlayıb.

Sionist rejim mediası həmçinin Hizbullahın sionistlərin "Əl-Mutla" qəsəbəsindəki bir binanı zirehli raketlə hədəfə alması və bu binanın dağılmasının ağır tələfatla nəticələndiyini bildirib.

Hizbullah həmçinin Əl-Cəlil, Kiryat Şmone və Avon Menahim şəhərlərindəki sənaye zonasına raket hücumu təşkil etdiyini açıqlayıb.

Bu arada Livan Səhiyyə Nazirliyinin son statistikasına görə, sionist İsrailin Livan ərazilərinə təcavüzləri indiyədək 3200-ə yaxın insanın şəhid olmasına, 13 mindən çox insanın isə yaralanmasına səbəb olub.

 

 

Teqlər