Noy 11, 2024 15:25 Asia/Baku
  • Hizbullahın PUA hücumları xunta rejimini xofa salıb

Netanyahunun ofisini Livan Hizbullahının PUA hücumlarından ehtiyatlanaraq yerin altına köçürülüb.

İsrail mediası bildirib ki, Netanyahu hazırda dron hücumlarından qorxaraq ofisinin zirzəmisində qorunan otaqda işləyir.

Sionist media Hizbullahın pilotsuz təyyarəsinin Netanyahunun Qeysəriyyədəki şəxsi iqamətgahına hücumundan sonra təhlükəsizlik xidmətlərinin Netanyahuya yerini dayişməsini tövsiyə etdiklərini açıqlayıb.

Oktyabrın 28-də Hizbullaha məxsus pilotsuz uçuş aparatı 70 kilometr məsafə qət etdikdən sonra İsrail baş nazirinin iqamətgahını hədəfə aldı.

Livan Hizbullahının pilotsuz təyyarəsinin sionist rejimin baş nazirinin iqamətgahına hücumundan bir neçə gün sonra bu rejimin mediası etiraf edib ki, bu pilotsuz təyyarə onun yataq otağına çata bilib.

Məhz bu hücumdan sonra İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin təhlükəsizlik departamenti noyabrın 7-də Netanyahunun Qeysəriyyə şəhərindəki evində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün 528 min dollar dəyərində əlavə vəsait tələb edib.

 

Teqlər