Noy 30, 2024 13:16 Asia/Baku
  • Hizbullahın əfsanəvi müqaviməti dünyanı heyran etdi

Livan Hizbullahının baş katibi sionist rejimin atəşkəsə boyun əyməsindən sonra etdiyi ilk çıxışında belə deyib: Mübarizlərin əfsanəvi müqaviməti və fədakarlığı dünyanı heyrətə salıb, İsrail ordusunu isə dəhşətə gətirib.

  Şeyx Nəim Qasim cümə axşamı günü axşamçağı bir televiziya çıxışında vurğuladı ki: Müqavimətlə Livan ordusu arasındakı ahəngdarlıq ən yüksək səviyyədə olub və heç kəs onlar arasında ixtilaf üzərində hesab açmamalıdır.

O, söyləyib: İsrail altmış dörd gün müharibəni Hizbullahın məhv edilməsi, Livanın şimal əhalisinin didərgin salınması və yeni Yaxın Şərqin yaradılması əsasında qurdu. İsrail elə təsəvvür edirdi ki, bizim imkanlarımız və komandanlıq mərkəzlərimizi hədəfə aldıqdan sonra qısa bir müddətdə öz məqsədlərinə çatacaq. Amma Hizbullah cəbhədə müqavimət göstərmək və düşmənin işğal etdiyi ərazilərin içərilərinə hücum etməklə onu müdafiə vəziyyətində qoymağı bacardı.

Livan Hizbullahının lideri sonra sionist düşmənin Livana qarşı təcavüzdə düçar olduğu məğlubiyyətə və tələfata işarə edib və belə söyləyib: Bu müharibədə işğal olunmuş ərazilərdəki qaçqınların sayı yetmiş mindən yüz minlərə çatdı. Müqavimət öz hazırlığını sübuta yetirdi və şəhid Seyid Həsən Nəsrullahın planları faydalı və olaylara uyğun idilər. Sionistlər Livandakı daxili fitnəyə əsaslansalar da, məzhəblər və qruplar arasındakı əməkdaşlığa görə, uğursuzluğa düçar oldular.

Şeyx Nəim Qasim vurğulayıb: Biz dəfələrlə təkrar etmişik ki, əgər düşmən bizə müharibə tətbiq edərsə, biz ona hazırıq.

 

Teqlər