Dek 01, 2024 14:07 Asia/Baku
  • Əsəd Suriyanın ərazi bütövlüyünün müdafiəsinin davamına təkid edib

Suriya prezidenti Birləşmiş Ərəb Əmirliklərinin başçısı ilə telefon əlaqəsində Suriyanın öz sabitliyi və ərazi bütövlüyünün müdafiəsini davam etdirəcəyini vurğulayıb.

  Bəşşar Əsəd və Məhəmməd bin Zaid Ali-Nəhyan bu telefon əlaqəsində digər regional mövzular barədə də danışıblar.

Suriya prezidenti bu telefon söhbətində terrorçu qrupların və onların hamiləri qarşısında Suriyanın öz stabilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunmasını davam etdirəcəyinə təkid edib.

Terror hücumları şiddətli olsa da, Suriya öz dostları və müttəfiqlərinin köməyi ilə terrorçu qrupları yatırda bilər- deyə, Suriya prezidenti vurğulayıb.

Məhəmməd bin Zaid Ali-Nəhyan da əmirliklərin Suriyanın kənarında durduğunu və sabitliyi və ərazi bütövlüyünün qorunması istiqamətində Suriyaya dəstək verdiyini bildirib.

Suriya prezidenti İraqın baş naziri ilə telefon söhbətində də onunla birgə Suriyadakı son olayaları və ikitərəfli əməkdaşlıqları nəzərdən keçirib.

 

Teqlər