Ənsarullah: "Biz İsraillə qarşılaşmada Suriyanın yanındayıq"
https://azeri.sahartv.ir/news/qərbi_asia-i416726-Ənsarullah_biz_İsraillə_qarşılaşmada_suriyanın_yanındayıq
Yəmənin Ənsarullah hərəkatının siyasi ofisi sionist rejimin Suriya ərazisinə hücumlarını sərt şəkildə pisləyib.
(last modified 2024-12-09T04:23:23+00:00 )
Dek 09, 2024 07:52 Asia/Baku
  • Ənsarullah:

Yəmənin Ənsarullah hərəkatının siyasi ofisi sionist rejimin Suriya ərazisinə hücumlarını sərt şəkildə pisləyib.

Ənsarullah sionist rejimin Suriyaya təcavüzünü və ölkə ərazsinin işğalını böyük narahatlıqla izlədiyini bildirib.

"İsrailin Suriyaya təcavüzü bu ölkənin suverenliyinin açıq şəkildə pozulması və onun ərazisinə və mühüm mərkəzlərinə təcavüzdür"-deyə Hərəkat vurğulayıb.

Yəmən Müqavimət Cəbhəsi əlavə edib ki, bu hücumların məqsədi Suriyada yeni səhnə yaratmaqdır və bu hərəkətlər də ölkənin mövcud şərtlərindən sui-istifadə etməklə həyata keçirilir.