Dek 28, 2024 15:25 Asia/Baku

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İsrailin Yəmənin Səna Beynəlxalq Hava Limanına hücumu zamanı orada olduğunu və bir nəfərin yaralandığını bildirib.

Qebreyesus qeyd edib ki, Yəməndə saxlanılan BMT əməkdaşlarının azad edilməsi üçün danışıqlar aparmaq, həmçinin ölkədəki sağlamlıq və humanitar vəziyyəti qiymətləndirmək missiyası dünən başa çatıb:

“Təxminən iki saat əvvəl Sənadan təyyarəyə minmək ərəfəsində hava limanına hücum edildi. Təyyarənin ekipajının bir üzvü yaralanıb. Aeroportda azı 2 nəfərin öldüyü bildirilir”.

Teqlər