Ötən sutkada Qəzzədə 90 fələstinli şəhid olub
Fələstinli tibb mənbələri bildiriblər ki, sionist rejim ordusunun ötən sutka ərzində Qəzzə zolağına qarşı hücumlarında doxsan fələstinli şəhid olub.
İşğalçı rejimin Qəzzə zolağının mərkəzinə qarşı hücumlarında bir neçəsi qadın və uşaq olmaqla, on səkkiz nəfərdən çox fələstinli şəhid olub.
Qəsbkar qüvvələr Qəzzə şəhərinin şimalında yerləşən Əlsəftavi bölgəsinin ətrafındakı bir neçə fələstinli mənzilini də partladıblar.
Həmçinin Qəzzə zolağının mərkəzində- Əlnusəyrat bölgəsində yerləşən iki saylı düşərgədəki Bids qülləsində yerləşən bir mənzil işğalçı təyyarə tərəfindən bombalanıb. Hadisə yerində yanğın baş verib. Hadisənin yaralıları müalicə mərkəzlərinə köçürülüblər.
Bu mənzilə qarşı hücum nəticəsində iki uşaq şəhid olub, on bir nəfər isə yaralanıbdır.