Yan 03, 2025 14:46 Asia/Baku
  • Yəmən qəsb olunmuş Fələstinə ballistik raketlə hücum edib

İnformasiya mənbələri Yəməndən atılan ballistik raketin Beytülmüqəddəslə Təl-Əviv arasında yerləşən Modiin bölgəsinə düşdüyünü bildiriblər.

İbridilli mediaların məlumatlarına görə, Yəməndən ballistik raketin Təl-Əvivə tərəf atılmasından sonra sionist qəsəbə sakinləri işğal edilmiş Qüdsdə yerləşən Əlbəraq səhnindən qaçıblar.

Bir sionist messencer bildiribdir ki, Yəməndən ballistik raketin atılması beş milyona yaxın sionisti yuxudan durmağa və sığınacaqlara getməyə məcbur edib.

Yəmən radio və televiziya təşkilatının direktoru Əbdürrəhman Ələhnumi də «X» sosial şəbəkəsində bir mesaj yayıb. Mesajda deyilir: Yəhudilər, bundan sonra çox ağlayacaqsız.

Mesajda sonra deyilir: Onlardan biri fəryad edirdi ki: «Yox, yox!». Lakin raket partladı və hədəfə dəydi. Allaha şükr!

İbridilli medialar da bildiriblər ki, həyəcan siqnallarının səsləndirilməsindən sonra sığınacaqlara qaçarkən sionistlərdən on iki nəfər yaralanıb, doqquz nəfər də şok keçiribdir.

Teqlər