Yan 05, 2025 11:26 Asia/Baku

Livan Hizbullahının baş katibi ötən gecə çıxışında deyib: "Deyə bilərik ki, 60 günlük atəşkəsin bitməsinə səbrimiz qalmasın. İsrail atəşkəsi pozduğu halda gözləyəcəyimizə zəmanət verə bilmərik"

  General Hacı Qasım Süleymaninin və Hacı Əbu-Mehdi Əl-Muhəndisin şəhadətlərinin beşinci ildönümü günü münasibətilə çıxış edən Şeyx Nəim Qasım əlavə edib: Şəhid Süleymani xalis Məhəmməd İslamının əslliyindən, həmçinin İmam Xomeyni rizvanullah ələyh və İmam Xamenei zillihulali məktəbindən meydana gəlmiş bir şəxs idi.

O, sonra deyib: Şəhid Süleymani Amerikanın İraq və Əfqanıstandakı fitnələrini kəşf etmişdi. O, müqavimətin detallarını Fələstinin xeyrinə bir-birinə peyvənd edirdi.

Livan Hizbullahının baş katibi söyləyib: Şəhid Süleymani meyar, öncül və bayraqdar idi. Onun İsrail rejimi ilə mübarizədəki təsirləri bu rejimin məhvinədək davam edəcək.

Şeyx Nəim Qasım əlavə edib: "Əl-Bəsül Ula" döyüşündə baş verənlər/ yolu/ İsrail rejiminin Livandakı niyyət və arzularının üzünə bağladı. Suriyada baş verən hadisə/ Livanda da baş verə bilərdi. Mən inanıram ki, Suriya xalqı gələcəkdə İsrail ilə mübarizədə bir rola malik olacaq.

Livan Hizbullahının baş katibi vurğulayıb: Müqavimət, bizim/ Fələstinin azad edilməsi, onu və onun hakimiyyətini himayə üzrə seçimimizdir/ Qəsbkar rejimin ekspansianizmi ilə mübarizə də, bizim haqqımızdır. Müqavimət rəhbərliyi onun istifadə edəcəyi silah, müqavimət üsulları, tərzi və zamanı barədə qərar qəbul edəcək.

Şeyx Nəim Qasım daha sonra vurğulayıb: Bütün yaralar və ağrılara rəğmən, yüksək əhval-ruhiyyəyə malikik. Mühüm olan budur ki, müqavimətin planı  məğlub olmadı. "Əl-Bəsül Ula" döyüşü/ işğalçılıq qarşısında dayanan Livan üçün yeni bir təvəllüddür. 

 

Teqlər