Yan 11, 2025 17:56 Asia/Baku

Kaliforniyada baş verən geniş miqyaslı meşə yanğınları nəticəsində azı 10 nəfər həlak olub, 200 min insan evlərini tərk etməyə məcbur olub.

  Yanvarın 7-dən başlayan bu yanğınlar iqlim dəyişikliyi, quraqlıq və Santa Ana küləkləri səbəbindən daha da şiddətlənib. Bu yanğınların yaxın günlərdə yağış yağana qədər davam edəcəyi gözlənilir. Bu yanğınların növbəti günlərdə yağış yağana qədər davam edəcəyi gözlənilir.

Həmçinin Los-Ancelesdə baş verən güclü yanğın ərazidə 15 mindən çox evin yanmasına səbəb olub. Jurnalist Rizvan Heydər X platformasındakı səhifəsində bir video paylaşaraq, yazıb: "Bura ABŞ-ın Los-Anceles şəhəridir, Qəzzə deyil. Yanğında 15 mindən çox ev yanıb. ABŞ Fələstində Qəzzə, Yəmən, Suriya və Livanda soyqırımı maliyyələşdirmək əvəzinə öz böhranlarını həll etməyə diqqət etməlidir".

Teqlər