Yəməndən Təl-Əvivə xəbərdarlıq:
Ağır bedel ödeyəcəksiniz
Sionist rejimin Qəzzə zolağına vəhşi hücumlarının yenidən başlaması fonunda Yəmən rəsmisi Təl-Əvivə atəşkəsin pozulmasının nəticələri barədə xəbərdarlıq edib.
Yəmən xarici işlər nazirinin müavini Əbdülvahid Əbu Rəəs vurğulayıb ki, Qəzzədə atəşkəsin hər hansı bir şəkildə pozulması sionist rejimin ağır bədəl ödəməsi və keçmişdə olduğundan daha çox itki verməsi ilə nəticələnəcək.
Əbu Rəəs əlavə edib: "Qəzzədə baş verənləri yaxından izləyirik. İsrail rejimi atəşkəsi dəfələrlə pozaraq, öhdəliklərindən yayınmağa davam edir".
Yəmən rəsmisi həmçinin, bildirib: "Yəmənin Fələstin xalqına dəstəyi davam edəcək. Fələstin müqavimət qrupları tək deyillər, bu mübarizə hamımızın ortaq mübarizəsidir. Biz Fələstin müqavimətinin yanındayıq".
Bu xəbərdarlıq elə bir haldadır ki, atəşkəsin rəsmi şəkildə elan edilməsinə baxmayaraq, sionist rejim Qəzzə zolağına vəhşicəsinə hücumlarını bərpa edib.