UNICEF: 4 min uşaq xaricə köçürülməyə ehtiyac duyur
Müharibə uşaqlıq dövrünü Qəzzə uşaqlarından oğurladı
BMT-nin Uşaq Fondu- YUNİSEF(UNICEF)-in Fələstindəki sözçüsü bildirib ki, müharibə, uşaqlıq dövrünü Qəzzə uşaqlarından oğurladı və dörd minə yaxın uşaq Qəzzə zolağından boşaldılmağa ehtiyac duyur.
BMT-nin Uşaq Fondu- YUNİSEF(UNICEF)-in Fələstindəki sözçüsü Kazim Əbu-Xələf, Qəzzədəki müharibənin uşaqlara göstərdiyi fəlakətli təsirə işarə edib. Bildirib ki: Qəzzədəki müharibə, uşaqlar üzərində dağıdıcı təsir buraxıb. Onların bir çoxu öz bədən üzvünü itirib,/ psixoloji və səhiyyə dəstəklərinə böyük ehtiyac duyur.
Qətərin Əlcəzirə telekanalına müsahibə verən Əbu-Xələf, Qəzzə uşaqlarına yardım üçün təcili beynəlxalq tədbirlərin görülməsini istəyib.
Qəzzə zolağında səhiyyə sistemi demək olar ki, tamamilə dağılıb. Bu sistem atəşkəsdən sonra belə, problem yaşayır- deyən Əbu-Xələf qeyd edib ki: Dörd minə yaxın uşaq Qəzzə zolağından boşaldılmağa, bu bölgədən kənarda tibbi yardımlar almağa ehtiyac duyur.
Biz İsrail başçılarının tibbi yardımların tez bir zamanda Qəzzə zolağına daxil olmasına icazə vermələrini istəyirik, zira, uşaqların bir çoxunun üzərində təcili cərrahiyyə əməliyyatları aparılmalıdır- deyə, YUNİSEF-in Fələstindəki sözçüsü bildirib.