May 27, 2021 19:34 Asia/Baku
  • Türkiyədə rus vaksini istehsalı üzrə ikinci razılaşma

«Türk İlac» şirkəti Türkiyədə rus «kovivak» peyvəndini istehsal etmək üçün Rusiya səhiyyə nazirliyi ilə razılığa gəlib.

SəhərAzəri-nin məlumatına əsasən,«Türk İlac» şirkəti bu gün bir bəyanatda bildirib ki, bu razılaşma Türkiyədə «kovivak» peyvəndinin istehsalı və satışına şamil olur.

Bundan öncə «Viskoran» adlı digər bir Türkiyə şirkəti Rusiyann «Sputnik V» vaksinini istehsal etmək üçün rus tərəflə razılığa gəlmişdi.

Türkiyə indiyə kimi Çinin Sinovak vaksinindən yüz milyon, Almaniya-Amerika məhsulu olan Biotek-Pfayzer peyvəndindən 120 milyon və Rusiyanın «Sputnik V» vaksininindən əlli milyon doza alqı üzrə müqavilə imzalayıbdır.

 

Teqlər