İyun 03, 2021 10:49 Asia/Baku
  • Ankara: Suriya və İraqdakı əməliyyatları davam etdirəcəyik

Türkiyə milli təhlükəsizlik şurası bu ölkə ordusunun Suriya və İraqdakı qanunsuz hücumlarının davamına təkid edib.

SəhərAzəri-nin məlumatına əsasən,Türkiyə milli təhlükəsizlik şurası bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğan ilə iclasdan sonra verdiyi bəyanatda bildirib ki, İraq və Suriyadakı silahlı müxaliflərin Türkiyə qüvvələri tərəfindən məhv edilməsi istiqamətində həyata keçirilən sərhədaşırı hərbi əməliyyatlar davam edəcək.

Belə bir halda, bundan öncə İraqın mərkəzi dövləti və bu ölkənin Kürdüstan iqlimi birgə bəyanatda Türkiyənin həmin ölkənin ərazisindəki məsuliyyətsiz hərəkətlərini pisləyiblər.

İyunun birində yayılan bu müştərək bəyanatın mətnində deyilir: Biz Türkiyə dövlətindən istəyirik ki, bu qeyri-insani və qanunsuz hərəkətləri dayandırsın.

İraqın mərkəzi dövləti və bu ölkənin Kürdüstan iqlimi həmçinin BMT-dən, beynəlxalq təşkilatlar və ölkələrin nümayəndələrindən istəyiblər ki, Türkiyənin insanlığa sığmayan davranışlarını dayandırmaq üçün əməkdaşlıq etsinlər.

Bundan başqa, Suriya dövləti də bundan qabaq dəfələrlə bu ölkənin suverenliyinin Türkiyə tərəfindən və PKK ilə mübarizə bəhanəsilə pozulmasını pisləmişdi.

Teqlər