Çavuşoğlu: İslamın terrorçuların əlində vasitəyə çevrilməsinə imkan verməyəcəyik
-
Çavuşoğlu: İslamın terrorçuların əlində vasitəyə çevrilməsinə imkan verməyəcəyik
Türkiyə xarici işlər naziri Türkiyə, Azərbaycan Respublikası və Pakistanın xarici işlər nazirlərinin iclasının sonunda mətbuat konfransında deyib: İslamın terrorçuların əlində vasitəyə çevrilməsinə imkan verməyəcəyik.
İRİB-in Bakıdan verdiyi məlumata görə, Mövlud Çavuşoğlu bu mətbuat konfransında bildirib ki, toplantının məqsədi ölkələr arasında əlaqələri daha inkişaf etdirməyin yollarını tapmaqdır: "Ticarət dövriyyəsi ölkələrimiz arasında daha da inkişaf etdirilməlidir. Xüsusilə müdafiə sahəsində əməkdaşlığı gücləndirə bilərik. Bu sahədə rəqib deyilik, əksinə bir-birimizi tamamlayırıq. Bu formata parlamentariləri də cəlb etmək qərarına gəldik. Qarabağ Kəşmir və Kipr məsələsinin həllində daha çox həmrəy olmalı və bir-birimizə dəstək zamanı heç nədən çəkinməməliyik. Biz Qarabağ və Kəşmir məsələsində qardaş Azərbaycan və qardaş Pakistanın daim yanındayıq.
Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov üç ölkə ərazisinin işğal altında olmasına toxunaraq deyib: Azərbaycan Respublikası bu yaxınlarda təlim təyyarələrinin satın alınması sahəsində Pakistanla müqavilə imzalayacaq.
O əlavə edib: Bu üçtərəfli iclasda, həmçinin Bakı-Tiflis-Qars dəmiryolu ilə əlaqədar məsələlər müzakirə olundu. Pakistanın Avropanın əsas ticarət şəriki olduğunu nəzərə alaraq biz bu ölkəni bu dəmiryolunu dəstəkləməsi üçün ilk öncə ekspertlərin bir iclas keçirməsi, Pakistanın istədiyi halda bu ölkə məhsulların bu vasitə ilə və ya Şimal-Cənub Dəhlizi vasitəsi ilə Avropaya nəql etməsi üzrə qərar verdik.
Pakistanın xarici işlər naziri də bu mətbuat konfransında üç ölkənin Qarabağ, Kəşmir və Şimali Kipr məsələsi haqda mövqeyini vurğulayıb.
O müxtəlif sahələrdə əməkdaşlıqların inkişaf etdirilməsini qeyd edib və deyib: Bakı-İslamabad hava yolu üçün şərait yaradılmalıdır ki, iki ölkə xalqları arasında əməkdaşlıqlar daha da genişlənsin.