Türkiyə Avropa Birliyinin ikili standartlarını tənqid etdi
Türkiyə Avropa Birliyinin terrorizm və radikal qruplarla savaşda bu ölkə ilə əməkdaşlığı ilə bağlı ikili standartlarını tənqid edib.
Küveytin rəsmi informasiya agentliyinin məlumatına görə, Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik ötən gün mətbuat konfransında deyib: Radikal qruplarla savaşda Avropa Birliyinin Türkiyə ilə həmrəyliyi və əməkdaşlığı İŞİD terror qruplaşması ilə mübarizədəki əməkdaşlıq kimi deyil.
Çelik əlavə edib: Avropa Birliyi Türkiyədə Paralel Rejimi terror qruplaşmaları siyahısına salmayıb və bu zəifliyin göstəricisidir.
Türkiyənin Avropa Birliyi naziri həmçinin bu birliyin Türkiyədə suriyalı miqrantlar qarşısında öz maliyyə öhdəliklərinə sadiq qalmamasını tənqid edib.
Çelik deyib: Türkiyə rəsmilərinin qənaətincə, Türkiyənin Avropa Birliyində üzvlük müzakirələrinin yenidən başlanması əbəs və nəticəsizdir. Türkiyə 1960-cı dekadadan Avropaya qoşulmağa könüllü olub.