Türkiyə Ağ Evin bəyanatına sərt reaksiya verdi
https://azeri.sahartv.ir/news/türkiyə-i288031-türkiyə_ağ_evin_bəyanatına_sərt_reaksiya_verdi
Türkiyə Prezident Aparatının sözçüsü ABŞ-ın kürd qrupları silahla təchiz etməsini sərt tənqid edib: Türkiyənin təhlükəsizliyinə nəyin təhdid olduğuna başqaları deyil, özü qərar verir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2017 09:20 Asia/Baku
  • Türkiyə Ağ Evin bəyanatına sərt reaksiya verdi
    Türkiyə Ağ Evin bəyanatına sərt reaksiya verdi

Türkiyə Prezident Aparatının sözçüsü ABŞ-ın kürd qrupları silahla təchiz etməsini sərt tənqid edib: Türkiyənin təhlükəsizliyinə nəyin təhdid olduğuna başqaları deyil, özü qərar verir.

Küveyt rəsmi informasiya agentliyinin Ankaradan verdiyi məlumata görə, İbrahim Kalın cümə günü ABŞ-ın Suriya kürdlərinə bağlı YPG-yə silah dəstəyinin Türkiyə üçün təhdid olmamasına dair Ağ Evin bəyanatına reaksiyada deyib: Türkiyənin təhlükəsizliyini Ankara müəyyənləşdirir. 

Türkiyə Prezident Aparatının sözçüsü həmçinin ABŞ-dan Suriya Dmeokratik Birlik Partiyası PYD-yə verdiyi hərbi silah-sursatı dərhal geri almasını istəyib. 

Türkiyə Prezident Aparatının sözçüsü habelə bildirib: ABŞ rəsmiləri Suriyada kürd qüvvələrə verilən silahların geri alınması üzrə öz öhdəlikləri barədə hiss olunacaq addımlar atmalıdırlar. Çünki bu silahların kürdlərdə qalmasının davam etməsi regionda destabillik və böhranın daha da dərinləşməsinə gətirib çıxaracaq. 

Türkiyə rəsmilərinin qənaətincə, kürd qrupları, o cümlədən Suriya Demokratik Birlik Partiyası PYD və Xalq Müdafiə Qüvvələri YPG əcnəbi ölkələrin və PKK-nın dəstəyi ilə ölkə yaratmaq və Suriyanın şimalında və Türkiyənin cənub sərhədlərində kürd sakinli müstəqil bölgəni yaratmaq ardıncadırlar.