Rza Zərrab və qohumlarının əmlakı müsadirə ediləcək
Dek 02, 2017 10:37 Asia/Baku
-
Rza Zərrab və qohumlarının əmlakı müsadirə ediləcək
İstanbul Baş prokurorluğunun apardığı istintaq çərçivəsində məhkəmə ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab və qohumlarının əmlakının müsadirə edilməsinə dair qərar qəbul edib.
CNN Türk siyahıda 23 nəfərin adının olduğunu bildirib. Məlumata görə, Rza Zərrabın müğənni Ebru Gündəşlə nikahdan olan qızı Alara Zərrabın da adına alınmış mülklər və digər sərvət müsadirə olunacaq.
Zərrab 2016-cı ilin martında ABŞ-ın Mayami şəhərində həbs olunub. O çirkli pulların yuyulmasında təqsirləndirilir.
Teqlər