İran əleyhinə sanksiya haqda ABŞ-a öhdəlik verməmişik
-
İran əleyhinə sanksiya haqda ABŞ-a öhdəlik verməmişik
Türkiyə prezidenti: Sanksiyaların pozulması haqda biz çıxılmaz vəziyyətlə üzləşməyəcəyik. Çünki ABŞ özü İran əleyhinə sanksiyaları pozub.
Türkiyə prezidenti hakim Ədalət və İnkişaf partiyasının bir qrup nümayəndəsi ilə görüşdə deyib: ABŞ İran əleyhinə sanksiyaları pozub.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin İran əleyhinə sanksiyaları pozmadığını bəyan edərək Boinq Təyyarəqayırma şirkətinin İranla müqaviləsini İran əleyhinə sanksiyaların ABŞ tərəfindən pozulmasının nümunəsi adlandırıb.
Ərdoğan deyib: Türkiyənin İranla ticarət əlaqələri tamamilə qanunidir və biz sanksiyalar haqda ABŞ-a heç bir öhdəlik verməmişik.
O deyib: ABŞ İrana təyyarə satır. Almaniya və Fransanın da İranla geniş ticarət əlaqələri vardır.
Ərdoğanın sözlərinə görə, Türkiyə sanksiyaların pozulması haqda çıxılmaz vəziyyətlə üzləşməyəcək. Çünki ABŞ-ın özü İran əleyhinə sanksiyaları pozub.