Ərdoğan: İsrailin məqsədi regionda vəziyyəti daha da gərginləşdirməkdir
-
Ərdoğan: İsrailin məqsədi regionda vəziyyəti daha da gərginləşdirməkdir
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan deyib ki, Sionist rejim regionda və Fələstində durumu daha da gərginləşdirməyə cəhd göstərir.
İRNA-nın verdiyi məlumata görə, Ərdoğan dünən gecə Ankarada Rusiya prezidenti Vladimir Putin ilə görüşündən sonra müştərək mətbuat konfransında deyib: İsrail son prossesi, sərt hərəkətləri gücləndirmək və fələstinlilərə qarşı təzyiqləri artırmaq üçün əlverişli fürsət hesab edir.
Türkiyə prezidenti deyib: Vicdanlı, prinsipli və əxlaqlı olan hər kəs sionist rejimin qırğınlarına göz yuma və ona etinasız yanaşa bilməz.
Ərdoğan deyib: ABŞ dövlətinin Qüdsü İsrail rejiminin paytaxtı kimi tanıması dünya səviyyəsində qəzəb və nifrətlə qarşılanıb və bu qərar müsəlmanlar, xristianlar və yəhudiləri narahat edib.
Bu müştərək mətbuat konfransında Rusiya prezidentiVladimir Putin də deyib: Moskva-Ankara əməkdaşlıqları uğurla inkişaf edir və iki ölkə arasında cari il ərzində ticarət mübadilələrinin həcmində 30 faiz artım müşahidə olunur.