İstanbul prokuroru 6 jurnalistə ömürlük həbs cəzası istəyib
https://azeri.sahartv.ir/news/türkiyə-i289095-İstanbul_prokuroru_6_jurnalistə_ömürlük_həbs_cəzası_istəyib
İstanbul baş prokuroru 6 türkiyəli jurnalistə ömürlük həbs cəzası istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2017 14:02 Asia/Baku
  • İstanbul prokuroru 6 jurnalistə ömürlük həbs cəzası istəyib
    İstanbul prokuroru 6 jurnalistə ömürlük həbs cəzası istəyib

İstanbul baş prokuroru 6 türkiyəli jurnalistə ömürlük həbs cəzası istəyib.

İRNA-nın verdiyi məlumata görə, sözü gedən jurnalistlər Gülən qrupu ilə əməkdaşlıqda ittiham olunurlar. 

Türkiyədə uğursuz dövlət çevrilişindən sonra 150-dən çox jurnalist həbs edilib və bu dünya səviyyəsində tənqidlərə səbəb olub. Sərhədsiz reportyorlar təşkilatının bildirdiyinə görə, Türkiyə bu həbslər nəticəsində ötən illə müqayisədə 4 pillə yenərək mediya azadlığı siyahısında 155-ci yerdə durur və 12 il bundan qabqkı ilə müqayisədə 56 pillə yenib. 

Ötən il 15 iyulda baş verən uğursuz dövlət çevrilişindən sonra Türkiyə hökuməti mediyanın fəaliyyətində məhdudiyyətlərə əl atdı.