Türkiyə məhkəməsi alman jurnalistin azadlığa buraxılması ilə razılaşıb
https://azeri.sahartv.ir/news/türkiyə-i289693-türkiyə_məhkəməsi_alman_jurnalistin_azadlığa_buraxılması_ilə_razılaşıb
Türkiyə məhkəməsi türk-alman jurnalistin və onun işi ilə əlaqədar saxlanılan başqa beş nəfərin azadlığa buraxılması ilə razılaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2017 07:41 Asia/Baku
  • Türkiyə məhkəməsi alman jurnalistin azadlığa buraxılması ilə razılaşıb
    Türkiyə məhkəməsi alman jurnalistin azadlığa buraxılması ilə razılaşıb

Türkiyə məhkəməsi türk-alman jurnalistin və onun işi ilə əlaqədar saxlanılan başqa beş nəfərin azadlığa buraxılması ilə razılaşıb.

İSNA-nın verdiyi məlumata görə, Türkiyə məhkəməsi dünən İstanbulda turk-alman jurnalist Meşale Tolunun işinə baxarkən onun vəsiqə ilə azad edilməsi ilə razılaşdığını bildirib və bu M.Toleu ilə birlikdə başqa 5 nəfərə də Türkiyəni tərk etmək icazəsi verib. 

33 yaşlı Meşale Tolu başqa 17 nəfərlə birlikdə Kommunist, Marksist, Leninist Partiyasına (MLKP) üzv olmaqda ittiham edilir. Bu partiya Türkiyədə terrorçu qrup hesab edilir və Almaniyada bu ölkənin daxili təhlükəsizlik təşkilatı tərəfindən nəzarətdə saxlanılır. 

Son vaxtlar Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Almaniyaya sığınan Türkiyə generallarının bu ölkəyə təhvil verilməsi qarşılığında bu jurnalistləri azad edəcəyini bildirmişdi, Almaniya rəsmiləri ilə bu təklifi kəskin qınamışdılar.