Ərdoğan: Qüds barədəki qətnamə layihəsini BMT BA-ya aparacağıq
https://azeri.sahartv.ir/news/türkiyə-i289795-Ərdoğan_qüds_barədəki_qətnamə_layihəsini_bmt_ba_ya_aparacağıq
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan dünən gecə Ankarada Cibuti prezidenti Ömər Gile ilə birgə mətbuat konfransında deyib: Türkiyə Misirin Amerikanın vetosu ilə Təhlükəsizlik Şurasında rədd olunmuş Qüds barədəki qətnamə layihəsini BMT-nin Baş Assambleyasına aparacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2017 07:25 Asia/Baku
  • Ərdoğan: Qüds barədəki qətnamə layihəsini BMT BA-ya aparacağıq

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan dünən gecə Ankarada Cibuti prezidenti Ömər Gile ilə birgə mətbuat konfransında deyib: Türkiyə Misirin Amerikanın vetosu ilə Təhlükəsizlik Şurasında rədd olunmuş Qüds barədəki qətnamə layihəsini BMT-nin Baş Assambleyasına aparacaq.

ABŞ bazar ertəsi günü gecə BMT Təhlükəsizlik Şurasının on dörd üzvünün Misirin Qüds barədəki qətnamə layihəsinin lehinə səs verməsinə rəğmən, bu qətnaməyə veto qoydu.

Bu qətnamə layihəsində belə deyilirdi: Müqəddəs Qüds şəhərinin əhali tərkibi, vəziyyəti və ya mahiyyətinin dəyişdirilməsi məqsədini güdən hər bir qərar və addımın hüquqi təsiri yoxdur və BMT-nin əlaqədar qətnamələrinə əsasən ləğv olunmalıdır.

Bu qətnamə layihəsi həmçinin bütün ölkələrdən istəyirdi ki, Təhlükəsizlik Şurasının 478 saylı qətnaməsinə əsasən, Qüds şəhərində səfirlik, konsulluq və diplomatik nümayəndəliyin təsisindən çəkinsinlər və Təhlükəsizlik Şurasının qətnamələrinə sadiq qalaraq, onların ziddinə heç bir addım atmasınlar.

BMT-nin Baş Assambleyası cümə axşamı günü Qüds barədə iclas təşkil etməlidir.

Bu iclas Türkiyənin və Yəmənin xahişi ilə keçiriləcək.