Türkiyə Qüdsə dəstək qətnaməsinin təsdiqlənməsini vurğulayıb
-
Türkiyə Qüdsə dəstək qətnaməsinin təsdiqlənməsini vurğulayıb
Türkiyə xarici işlər naziir BMT Baş Assambleyasında Qüdsə dəstək qətnaməsinin dünya ölkələrinin hərtərəfli dəstəyi ilə təsdiqlənməsini vurğulayıb.
İRİB-in məlumatına görə, Mövlud Çavuşoğlu cümə axşamı günü BMT Baş Assambleyasında Qüdsə dəstək qətnaməsinin dünya ölkələrinin hərtərəfli dəstəyi ilə təsdiqlənməsini istəyib və deyib: ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı tanıması dünya müsəlmanlarının ABŞ rəsmilərinə nifrətinin artması ilə nəticələndi, üstəlik katolik, provaslav və ortodoks xristianları və yəhudilərin də bir çoxu Trampın bu hərəkətinə reaksiya verərək onu qınadı.
ABŞ prezidentinin BMT Baş Assambleyasında Qüdsə dəstək qətnaməsinin lehinə səs verən ölkələr əleyhinə son hədələrinə münasibət bildirən Türkiyə xarici işlər naziri deyib: Dünya dəyişib və ABŞ rəsmiləri belə hədələri kənara qoymalıdırlar. Çünki Birləşmiş Ştatların rəsmilərinin bu siyasətləri tamamilə yanlışdır.
ABŞ prezidenti 6 dekabrda Qüdsü saxta İsrail rejiminin paytaxtı elan etdi. Donald Trampın bu hərəkəti dünya ölkələri, beynəlxalq dairələr və irimiqyaslı reaksiyalarla nəticələndi.
Donald Trampın bu hərəkətinə reaksiyada Türkiyənin İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirak edən dövlət başçıları bir bəyanat verərək Qüdsün paytaxtlığı ilə Fələstin dövlətinin rəsmən tanınmasını vurğulayıblar.