Ərdoğan Avropa ilə əlaqələri yaxşılaşdırmaq istəyir
https://azeri.sahartv.ir/news/türkiyə-i290583-Ərdoğan_avropa_ilə_əlaqələri_yaxşılaşdırmaq_istəyir
Türkiyə prezidenti Avropa ölkələri ilə əlaqələrin gücləndirilməsinə təkid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2017 17:56 Asia/Baku
  • Ərdoğan Avropa ilə əlaqələri yaxşılaşdırmaq istəyir
    Ərdoğan Avropa ilə əlaqələri yaxşılaşdırmaq istəyir

Türkiyə prezidenti Avropa ölkələri ilə əlaqələrin gücləndirilməsinə təkid edib.

İSNA-nın verdiyi məlumata görə, Hürriyyət qəzeti yazıb ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu gün Almaniya, Hollandiya və Belçika rəhbərlərini özünün əski dostları adlandırıb. 

Ərdoğan deyib: Onlarla son təmaslar çox yaxşı idi və onlar Qüds barədə Türkiyə ilə ortaq baxışa malikdirlər. 

Türkiyədə konstitusiya referendumu ərəfəsində Avropa ölkələrinin təşviqat kampaniyalarına imkan verməmələri Türkiyə ilə bu ölkələr arasında əlaqələrə mənfi təsir etdi. Ərdoğanın Avropa rəhbərlərini irqçi və terrorçuların himayədarları adlandırması böhranı daha da gərginləşdirdi və Avropalılar da Türkiyədə insan haqları vəziyyətini hədəfə aldılar.