Onlarla kürd silahlısı Türkiyə hərbçiləri tərəfindən həbs olunub
Dek 31, 2017 14:23 Asia/Baku
-
Onlarla kürd silahlısı Türkiyə hərbçiləri tərəfindən həbs olunub
Türkiyə ordusunun hərbçiləri ötən bir həftə ərzində Suriyanın şimalında 45 mülki kürdü həbs ediblər.
Suriya dövlətinin nəzərinin əksinə olaraq, bu ölkənin bəzi şimal məntəqələrində qüvvə yerləşdirmiş Türkiyə ordusu ötən bir həftə ərzində Suriyanın Hələb vilayətinin şimal və şimal-şərqində 45 nəfəri həbs edibdir.
Bu hərəkət "azad ordu" adlandırılan suriyalı silahlı müxaliflərin tabeliyində olan ünsürlərin nəzarət etdikləri məntəqələrdə həyata keçirilibdir.
Məlumatlara görə, Türkiyə ordusu suriyalı mülkiləri son zamanlar Suriyanın şimalında yaradılmış yerli polisə və ya milli təhlükəsizlik qüvvələrinə qatılmağa məcbur və bu hərəkətdən çəkinəcək şəxsləri suriyalı kürd qüvvələrlə həmkarlıqda ittihamlandıraraq, həbs edir.