Türkiyə İran İslam Respublikasının stabillik və təhlükəsizliyini dəstəklədi
Türkiyə Xarici İşlər Nazirliyi İranın bəzi şəhərlərində destabilliyə çalışan qərbin əlaltı amillərinin hərəkətlərini pisləyib və bildirib: İran İslam Respublikasının təhlükəsizliyi, stabilliyi və dincliyi Türkiyə üçün çox önəmlidir.
Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi çərşənbə günü bir bəyanatda bildirib: İğtişaşçılar tez bir zamanda İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmalı və cəzalanmalıdırlar.
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında həmçinin qərb ölkələri, xüsusilə də ABŞ-ın İranın daxili məsələlərinə müdaxilə etməməsi vurğulanıb.
Ötən həftə cümə axşamı günündən İranın bir neçə şəhərində bəzi sakinlər aksiyalar keçirməklə və şüarlar verməklə maliyyə müəssisələrinin iflasa uğrayanlarının vəziyyətinin müəyyənləşməməsi, bəzi məhsulların bahalaşması və hökumətin nəzarətinin zəifliyinə etiraz ediblər. Bu aksiyalardan bəzisi iğtişaşçılar və təxribatçılar tərəfindən iğtişaşa səbəb olub.
ABŞ, sionist rejim rəsmiləri və əcnəbi Kütləvi İnformasiya Vasitələri bu ictimai aksiyalardan sui-istifadə edərək bu aksiyaları iğtişaş yaratmaq istiqamətinə yönəltməyə çalışıblar.