Türkiyə Almaniya ilə əlaqələrin inkişafına təkid edib
https://azeri.sahartv.ir/news/türkiyə-i291311-türkiyə_almaniya_ilə_əlaqələrin_inkişafına_təkid_edib
Türkiyənin xarici işlər naziri Almaniyanın Türkiyə qarşısındakı siyasətinə düzəliş etməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2018 13:34 Asia/Baku
  • Türkiyə Almaniya ilə əlaqələrin inkişafına təkid edib

Türkiyənin xarici işlər naziri Almaniyanın Türkiyə qarşısındakı siyasətinə düzəliş etməsini istəyib.

Asoşeyted Press-in verdiyi məlumata görə, Mövlud Çavuşoğlu Almaniyanın xarici işlər naziri ilə görüşdən öncə deyib: Ankara - Berlin münasibətlərindəki böhran başa çatıb və iki ölkə əlaqələrinin 2018-ci ildə yaxşılaşacağı gözlənilir.

Almaniyanın xarici işlər naziri Ziqmar Qabriyel ölkənin şimalında yerləşən və doğma şəhəri olan Goslarda Türkiyəli həmkarı ilə görüşməlidir.

Ankara və Berlin münasibətləri ötən 5 ayda Almaniyanın Türkiyə qarşısında yürütdüyü siyasətlər üzündən xeyli gərgin anların şahidi olub.

Türkiyə Almaniyanı FETÖ cərəyanı üzvlərinə sığınacaq verməkdə və 15 iyul 2016-cı il tarixində Türkiyədə dövlət çevrilişinə uğursuz cəhdi dəstəkləməkdə ittiham edir.